Bu il Azərbaycanın ən gözəl modeli seçilən Səmra Hüseynovanın İnstaqramda paylaşdığı foto olay yaradıb.
Teleqraf.com xəbər verir ki, modelin güzgü qarşısında qeyri-adi poza verməsi müzakirə mövzusuna çevrilib.
Modelin foto üzərindəki qeydləri də maraqla qarşılanıb:
“Həqiqətən bir kişi sevdiyi qadın üçün hər şeyi edə bilər. Pul qazana bilər, ona yardım edə bilər, amma birinci sinif bir sevgili olacaq. Bir neçə qadın tipi var. Məsələn, axmaq qadınlar var. Bir kişinin dediyini dinləyir, hər sözə inanır, danışmaqda imtina edə bilmirlər. Bu qadınların əsas peşəsi özünü yazıq göstərmək, yalvarmaqdır.
Orta tip qadınlar var, onlar nə balıqdır, nə də ətdir. Hər şeyi proqramlaşdırır, evlidir, uşaqları var, son nəticədə evlidirlər. Başqa edə biləcəyi bir şey yoxdur.
Ağıllı qadınlar var. Onlar sadəcə kişinin etdiklərinə baxırlar, kor-koranə kişilərə inanmırlar, kişinin hər davranışına dözmürlər, bağlılıqları ilə yaşamırlar, seçici olurlar. Buna görə də, kişinizdən şikayət etmək yerinə düşünün ki, onu siz seçmişiniz və günahı özünüzdə axtarmağı unutmayın. Əsl kişi nadir tapılmasına baxmayaraq, sevdiyi üçün verdiyi sözü yerinə yetirər”.