27 İyun 2019 10:54
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda İngiltərədə olan müğənni Nigar Camalın İnstaqramda paylaşdığı foto marağa səbəb olub.

Teleqraf.com xəbər verir ki, sənətçi bu dəfə kamera qarşısında Azərbaycan bayrağı ilə çıxıb.

Avtomobilinin üzərinə Azərbaycan bayrağı sərən Nigarın köynəyindəki xəritə də diqqətdən yayınmayıb. Foto qısa vaxtda on minlərlə sosial şəbəkə izləyicisinin diqqətini çəkib.

O, paylaşımı “Mən fəxr edirəm ki, azərbaycanlıyam” qeydi ilə paylaşıb.

Fotonu təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu