Qeyri-adi gözəlliyi ilə Hollivudun ən baxımlı qadınlarından olan Monika Belluççi yeni filmi “Nekrotronik”dəki rolu ilə hər kəsi təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, rejissoru və ssenari müəllifi avstraliyalı Kia Rouç-Törner olan filmin qısa tanıtım videosu yayımlanıb.
Monika Belluççinin Kraliça iblis obrazını canlandırdığı film elmi-fantastik, qorxu və komediya janrındadır.
Sitges və Toronto Beynəlxalq Film Festivallarında nümayiş olunan film avqustun 9-dan ABŞ-da ekranlara çıxacaq.
Film bəxti gətirməyən fəhlə Hovard Nortun başına gələn qəribə əhvalatlardan bəhs edir.
Filmdən fraqmenti təqdim edirik: