Müğənni Damla oğluna yemək hazırlamaq üçün mətbəxə girib.
Teleqraf.com xəbər verir ki, ifaçı sosial şəbəkədə yemək bişirən zaman çəkilən fotosunu paylaşıb.
"Ana olmağın ən gözəl tərəflərindən biri də balana öz əllərinlə yemək bişirib yedizdirməkdir. Bir ananın bundan gözəl fotosu ola bilməz", deyə o, paylaşımda qeyd edib.
Damlanın fotosu qısa müddətdə xeyli izləyici tərəfindən bəyənilib. Onlar müğənninin ünvanına xoş sözlər yazıblar.