Rejissor-aktyor Kənan M.M.-in Türkiyədə çəkildiyi "Savaşçı" serialının yeni mövsüm bölümlərində yer almadığı iddia olunub.
Ekran işində Bəxtiyar obrazını canlandıran Kənana bunla bağlı sosial şəbəkədə də yüzlərlə sual ünvanlanıb.
Aktyor isə sualları cavablandıraraq, belə bir halın olmadığını bildirib. "Soruşulanlara cavab verirəm: "Savaşçı"ya, Azərbaycan bayrağını təmsil etməyə davam" deyə, Kənan bildirib.
Qeyd edək ki, "Savaşçı" serialı Fox TV-dən yayımlanır./axşam.az/