Müğənni Nigar Camal Əməkdar artist Aygün Bəylərlə olan yeni duetini təqdim edib.
Teleqraf.com xəbər verir ki, “Nəfəsim, qəlbim” adlanan mahnının musiqisi Nigar Camala, sözləri İkram Əliyevə məxsusdur.
Klipin rejissoru Əli Zamansoy, montajçıs isə Rasif Əliyevdir. Çəkilişlər üç gün ərzində Lənkəran, Astara və Bakıda reallaşıb. Klip üzərində 18 nəfərlik komanda çalışıb.
Nigar Camal bəstəsi ilə bağlı fikirlərini belə izah edib: “Bu mahnının mənim üçün iki qat özəlliyi var. Birincisi, ilk bəstəmdir. İkincisi isə musiqi çox dəyərli bir insana həsr olunub. Sözlərini İkram Əliyev qələmə aldı. Bəstə yaranandan duet olaraq ağlıma gələn yeganə ifaçı, sənətkar, Əməkdar artist Aygün Bəylər oldu.
Duyğularımı insanlara istədiyim kimi çatdırmağa sadəcə onun gözəl səsinin qatqısı ola bilərdi...”.
Qeyd edək ki, ekran işi Nigar Camalın rəsmi “Youtube” kanalında paylaşılıb.