Mətbuatda məşhur aparıcı Azər Zahidin üçüncü dəfə evlənməsi haqda xəbər yayılıb.
Teleqraf.com xəbər verir ki, Azər Zahidin bu gün şəhər restoranlarından birində toy məclisi quracağı və İlahə adlı xanımla evlənəcəyi bildirilir.
Azər Zahid sahib olduğu şirkətə aid videoda evlənməsi haqda yayılan xəbərə belə münasibət bildirib:
“Ailəmə məxsus məlumat paylaşıblar. Çoxları şəxsi həyatımı, yaşam tərzimi xəbər saytlarında paylaşırlar. Əvvəl də övladımın olduğu haqda məlumat yayılmışdı. Düzgün olmaya-olmaya. Ailəmizdə yas var. Bu gün əmim oğlunun üç mərasimi idi. O, Neft Daşlarında suda batmışdı. Axtarırdılar. Bu gün cəsədi tapılıb. O ki qaldı toy məsələsinə, elə bir şey yoxdur. Mənim öz şəxsi həyatım, özəl həyatım var. Bu yaxınlarda sizi fərqli mövzuda sevindirəcəm. Nə mənim toyum idi, nə də mənim övladım idi”.
Qeyd edək ki, aparıcı ilk dəfə Vüsalə Əlizadə, ikinci dəfə isə ixtisasca həkim olan Nəcibə adlı xanımla nikah bağlayıb.
Xatırladaq ki, bu haqda məlumatı Qafqazinfo.az saytı yayıb.