19 Sentyabr 2014 14:14
6 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada məşhur olan qadın modellərin bir çoxu dünyaya kişi olaraq gəlib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən sonradan cinsi oriyentasiyasını dəyişib qadın olan kişi modelleri siyahısını təqdim edir:

Andrey Pejic

Serb əsilli model Andrej Pejic həm qadın, həm də kişi kostyumları geyinərək modellik kariyerasına davam edir. O, 2011-ci ildə Paris Moda Həftəsində Jan-Paul Qaulter nümayişində qadın, Marc Yakobs nümayişində isə kişi kostyumları geyinib. Pejic daha sonra cinsini dəyişərək qadın olub.

Karolin Tula Kossey

İngilis modelin doğulanda adı Beri Kennet Kossey olub. İndi isə dünyanın ən məşhur translarından biri olan Kossey “Ceyms Bond” filmində də çəkilib. Təcrübələrini “Mən qadınam” adlı kitabında yazıb.

Çamila Asanka

Sri Lankadan olan model Çamila Asanka moda dünyasının ən məşhur transseksual modellərindən biridir. O 2011-dəki Kainat Gözəli yarışmasının namizədlərindən biri olub.

Klaudia Çarriyez

Klaudia Çarriyezin kişi olaraq dünyaya gəldiyinə inanmaq çox çətindir. Transseksual olması, onun moda dünyasının ən çox qazanan modellərindən olmasını təsir etməyib. Çarriyez 2009-ci ildə Amerikanın “Yeni Trans Model” yarışmasını qazanıb.

Florensiya De La

O, 1976-ci ildə Roberto Carlos adı ilə Argentinada doğulub. İlk peşəsi redaktorluq olub. Qadın olduqdan sonra kişiylə evlənib.

Roberta Klose

Braziliyalı model Roberta Klose də “Playboy” jurnalı üçün soyunan ilk trans modellərdən biridir. 1989-cu ildə keçirdiyi əməliyyatdan sonra kişi olub. Braziliyada “Sexy” jurnalı tərəfindən sorğuda “Braziliyanın Ən Gözəl Qadınları” siyahısında yer alıb.

Sirapassorn Atthayakorn

Tailandlı Sirapassorn Atthayakorn Sami adı ilə tanınır. O, 2011-ci ildə “Kainat gözəli” mükafatını qazanıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər