11 Yanvar 2020 11:36
3 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rahidə Baxışova 5/5 verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, müğənni keçmiş həyat yoldaşı haqqında etirafı ilə diqqət çəkib: “Həyatımda yarımçıq bəzi şeylər var. Qismət belədi. Ailə deyəndə yalnız həyat yoldaşı nəzərdə tutulmur. Mənim övladım, ailəm, atam-anam var.

Həyatda xoşbəxt qadın yoxdur. Özümlə danışmağı çox sevirəm. Çünki özüm-özümü daha çox başa düşürəm.

Ailəmin dağılması mənim əlimdə olmadı. Səhvsiz insan yoxdur. Səhvlər insanın təcrübəsidir. Həmişə çalışmışam ki, gözəl evdar xanım olum. O zaman sənətdən də uzaqlaşdım. Ən çətin günlərim onda başladı. Böyüməyə başladım...

Ardıcıl olaraq nə qədər zərbələr aldım. Sınmağa haqqım yoxdur. Mən sınsam ailəmə heç kim baxmayacaq. İnşallah, hər şey qaydasına düşər”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər