26 Yanvar 2020 01:39
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hollivud ulduzu Kameron Diazın ana olması ilə bağlı yeni iddialar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, 47 yaşlı Kameron Diaz və 40 yaşlı Benci Medden cütlüyünün Reddix adlı qızlarının daşıyıcı (surroqat) anadan doğulduğu iddia edilib.

Cütlük ötən il dekabrın 30-da qəflətən qızlarının doğulduğunu xəbər verərək hər kəsi təəccübləndiriblər.

Ailə qurduqdan sonra kariyerasına ara verən aktrisa film və reklam təkliflərini qəbul etməyib və 100 min dollarlıq gəlirdən imtina edib.


Müəllif: Rəqsanə Həsənova