27 Yanvar 2020 10:16
5 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aparıcı olmaq çox gözəl hisdir. Mən veriliş aparan müğənniyəm, aparıcılığa namizəd deyiləm. Sadəcə bu, həyatımda yeni dönəmdir. Mənim üçün çox maraqlıdır".

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Eldar Qasımov AzTV-də yayımlanan "Telesəhər" verilişinə aparıcılıq etməsindən danışarkən deyib.

Rus dilli olan müğənni “Azərbaycan dilinə görə tənqidi fikirlə qarşılaşırsınızmı?” sualını cavablandırıb: “Təklifi gələndə dedik ki, Azərbaycan dili məsələsi bir az çətin olacaq. Amma hər şey yaxşıdır. Dilimizdə problem aradan qaldırmaq və təkmilləşdirmək üçün kitab-qəzet oxuyuruq. Heç kimdən tənqid eşitməmişəm. Əksinə, ruhlandırırlar, dəstəkləyirlər. Bu yaxşı haldır. Cəmiyyət olaraq biri-birimizi dəstəkləməliyik".

Saçını sarı və yaşıla boyadan məşhur bunun səbəbini belə izah edib: "Saç rəngimə görə fərqlənirəm. Başqalarına deyil, öz həyatıma baxıb yaşayıram. Tənqiddən qorxmuram. Əsas odur ki, ad-soyadımı düzgün tələffüz etsinlər, bu mənim üçün bəsdir. Saç rəngimi öncə özümə, sonra izləyicilərimə görə edirəm. Bunu kiminsə yumor hissini qaldırmaq, kimisə sevindirmək, kimisə qıcıqlandırmaq üçün edirəm. Yaşıl rəngə boyatmaq daxili dünyamı əks etdirmirdi. Bu, gözəllik salonu tərəfindən təklif edildi. O rəngi də sınamaq istədim. Gündəlik həyatda elə gəzə bilməzdim. Bir saatın içində saç rəngimi dəyişdirdim".

"Sizin yenidən Nigar Camal ilə sevgili olduğunuz haqda xəbərlər yayılıb. Bu nə dərəcədə doğrudur" sualına cavabda müğənni deyib: "İnsanlardan soruşun, mən bu sualı cavablandırmaq istəmirəm. Bu bizim aramızda olan şeylərdir".

Niderlandda baş tutacaq "Eurovision 2020" mahnı müsabiqəsinə az müddət qalıb. Murad Arifin ölkəmizi müsabiqədə təmsil etmək istəyir.

Eldar Qasımov bu barədə danışarkən deyib ki, müsabiqəyə müsabiqəyə çox adam getmək istəyir: “Özünə güvənən, güvənməyən müğənnilər "Eurovision" səhnəsinə çıxmaq istəyirlər. Hətta ingilis dilindən və xarici mahnılardan xəbəri olmayanlar da. Çünki bu, insan həyatında ən möhtəşəm bir tranplindir. Böyük bir təcrübə imkanlarıdır".

Eldar Qasımov Murad Arifin müsabiqəyə getməsini dəstəkləyirmi?

Cavab belədir: "Əgər onu müsabiqə təmsilçisi kimi seçsələr bu haqda danışaram. Mən hər kəsi dəstəkləyirəm. Amma əsas dəstəyi Avropa verir, qəbul edir, yaxud əksinə".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər