“Mahnımı Röya Ayxan oxudu və klip çəkdirdi. Sevda Yahyayaeva və Xatun Əliyeva da ifa edəcək”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Ədalət Şükürov deyib.
“Varlı müğənnilər sırasında sizin və Xəyyam Nisanovun adı çəkilir. Bu nə dərəcədə doğrudur” sualına isə belə cavab verib: “Hər bir kəs kimə görəsə varlı, kimə görəsə kasıbdır. Elə müğənni var ki, məndən də varlıdır. Mənim bir bağ evim, iki evim, üç avtombilim var. Bu, varlı olmaq deməkdir? Elə adam var, 10 villası, 10 evi var. Bəs onları nə hesab edək?”
Biznes fəaliyyətindən danışan əməkdar artist “Otel sahibi olmaq fikriniz varmı” sualına cavabda deyib ki, belə bir istəyi yoxdur: “Özümüz üçün normal yaşayırıq, bu, kifayətdi...”