Türkiyəli tanınmış aktrisa Berrak Tüzünataç sevgilisi Berk Suyabatmazın keçmiş həyat yoldaşına ismarış göndərib.
Teleqraf.com xəbər verir ki, Berrak Tüzünataç sosial şəbəkədə "Hər kəs öz işinə baxsın" şərhini yazaraq, Burcu Esmersoyu izləmədən çıxarıb.
Buna səbəb Burcu Esmersoyun mətbuata açıqlamasında "Toylarına dəvət etsələr, gedərəm" fikrini bildirməsi olub.
Qeyd edək ki, Burcu Esmersoy ilə Berk Suyabatmaz evli olub.