11 Fevral 2020 10:11
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təbiəti bizimlə birgə tanıyın” devizi altında Şahdağ Milli Parkının İsmayıllı bölməsində sərgi və piyada yürüş təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Şamaxı, Qəbələ və İsmayıllıdan olan təbiətsevərlərin Cavanşir qalasına piyada yürüşündən sonra milli parkda nümayiş etdirilən sərgiyə baxış keçirilib.

Şahdağ Milli Parkının direktoru Akif Məmmədov jurnalistlərə bildirib ki, sərgidə ətraf kəndlərdə yaşayan əhali tərəfindən hazırlanmış milli parkın atributları əks olunmuş əl işləri və müxtəlif rəsmlər nümayiş etdirilib.

Akif Məmmədov qeyd edib ki, Cavanşir qalasına yürüşün və sərginin təşkilində məqsəd bölgənin qədim tarixini təbliğ etmək, yerli əhalinin turizm xidmətləri sahəsində iştirakına şərait yaratmaq və Şahdağ Milli Parkına ekoturistlərin marağının artırılmasına nail olmaqdır.




Müəllif: Aysel Azad

Oxşar xəbərlər