Əməkdar artist Zakir Əliyevin bacısı qızı “Elgizlə İzlə” verilişinə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Ayşən adlı gənc qadın həyat yoldaşı üçün yardım istəyib: “Yoldaşım xəstədir. Xəstəliyinə görə işləyə bilmir. Mən də işsizəm. Bizə atam baxır. Yoldaşımın müalicəsi üçün yazılan dərmanları almağa imkanım yoxdur”.
Verilişdə ekspert-qonaq qismində iştirak edən jurnalist Tahirə Məmmədqızı isə Ayşən xanımın əməkdar artist Zakir Əliyevin bacısı qızı olduğunu açıqlayıb.
Ayşən xanım faktı təsdiqləsə də, dayısının onun problemlərindən xəbərsiz olduğunu deyib.