Xalq artisti Nəzakət Teymurova “Şou Nyus” verilişində sərt açıqlama verib.
Teleqraf.com-un məlumatına görə, Nəzakət Teymurova yenicə nişanlanan qızı Nigar haqqında danışıb: “Qızım da çox müasirdir. Çox zövqlü musiqələrə qulaq asır. Çox şükür ki, onu elə tərbiyə etmişəm. Bakı Dövlət Universitetində təhsil alır. Birinci təhsil almaq, sonra ailə qurmaq lazımdır”.
Xalq artisti “Şou biznesdən qız almaram” deyən müğənniləri də sərt şəkildə tənqid edib: “Hər kəs öz ailəsininin tərbiyəsini göstərir. Bəzi ifaçılar gündəmdə qalmaq üçün hər dəfə söz atırlar. Baxmayaraq ki, özlərinin də ailələri var. Bəs siz özünüz kimsiniz?!
Onları psixoloji problemli insanlara bənzədirəm. Övladları xoşbəxt olmayan insanlar da var. Bu, tək sənət adamlarına aid deyil ki.
Sənət adamları həyatda çox şey görür. Ona görə də övladlarını hər şeydən qoruyur. Onu övladlarımızın yaşamısını istəmirik. Qızıma qarşı çox ciddiyəm, hər şeyinə qarışıram”.
Qeyd edək ki, əməkdar artislər Elnarə Abdullayeva və Könül Kərimova mətbuata açıqlamasında oğullarına müğənni qızı almayacaqlarını deyiblər.