25 Fevral 2020 11:24
3 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Manana Caparidze Gürcüstandakı villasının qapısını ilk dəfə “ATV maqazin onlarla” verilişinə açıb.

Teleqraf.com xəbər verir ki, Manana Caparidze biznesmen həyat yoldaşı Georgi Qabelave ilə tanışlığından danışıb:

“Dəniz sahilində istirahət edirdik. Bir oğlan bizə yaxınlaşdı, bu, Georgi idi. Mənə dedi ki, “siz o qız deyilsiniz? Bütün Gürcüstan sizinlə fəxr edir.” Onda artıq Azərbaycanda tanınırdım. Sonra anamla siyasət haqqında söhbət etməyə başladı. Anam İcra Hakimiyyətində işləyirdi. Söhbət orada bitdi.

O bizim getdiyimiz zamanı öyrəndi və hava limanına gəldi. Mənə müqəddəs qolbaü bağışladı və dedi ki, sizi hər zaman qoruyacaq. Üç aydan sonra mənə zəng etdi. Beləliklə, biz dost olduq. Bakıda bizə qonaq gəldi. Valideynlərimiz tanış oldu və biz evləndik”.

Qeyd edək ki, Manana Caparidze biznesmen Georgi Qabelave ilə evlidir. Cütlüyün bir oğlu, bir qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər