4 Mart 2020 00:55
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycanı "Eurovision-2020" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndinin yarışmada səsləndirəcəyi mahnı bəlli olub.

Teleqraf.com xəbər verir ki, ifaçı müsabiqədə “Cleoptra” adlı mahnını səsləndirəcək.

Qeyd edək ki, şüarı “Open up!” ("Açıl!") olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi “Eurovision-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər