Xəbər verdiyimiz kimi “Hər şey daxil” verilişində Elza Seyidcahanla Mətanət Əsədova arasında qalmaqal yaşanıb.
Teleqraf.com xəbər verir ki, canlı yayımda bir-birinin ünvanına alçaldıcı sözlər deyən ikili arasında soyuq müharibə davam edir.
Elza Seyidcahan Mətanət Əsədovanın ifa etdiyi "Yalan dünya" mahnısı haqqında “Mahnıda deyildiyi kimi Mətanət at yerində ola-ola özünü ulaq yerində saxlamasını istəmirəm” fikrinə “Ulaq özünsən!” deyə cavab vermişdi.
Bununla hirsi soyumayan Mətanət Əsədova İnstaqramda Elza Seyidacanın şeir videosunu paylaşaraq “Əzizlərim, baxın doyunca gülün, görün kim mənə irad tutur” şərhini yazaraq lağa qoyub.