Məşhur aparıcı Hacı Nuran Xəzər televiziyasının rəhbəri Murad Dadaşovla görüşüb.
Teleqraf.com xəbər verir ki, Hacı Nuran İnstaqramda Murad Dadaşovla foto paylaşaraq bu sözləri yazıb: "İşin-gücün bu vədəsində görüşdük. Gərgin, amma xoşbəxt görünürdü. Zarafat deyil, Xəzər TV kimi bir kanalın rəhbərliyi ona həvalə edilib.
Gəldiyi gündən televiziyada apardığı islahatlar hiss olunmaqdadır. Həttə eşitdiyimə görə, işə o qədər aludə olur ki, bir də baxır, gecə saat 12-dir. Əslində, Murad Dadaşov həmişə belə məsuliyyətli olub. Onu hər zaman belə tanımışam. Əsas olan insanın işinə sevgisi, peşəkarlığı və bir də kollektivə verilən dəyərdir. O da Murad Dadaşovda var.
Söhbətimiz uzun çəkməsə də maraqlı oldu. Televiziyanın bugünki vəziyyətindən də danışdıq, yeni layihələrdən də. Başqa cür ola bilməz, çünki meydan ancaq peşəkarlarındır".
Aparıcının statusuna isə Tarix (Tolik) Əliyev belə reaksiya göstərib: "İslahat deyəndə Murad Dadaşov ancaq "Hər şey daxil" verilişini bağladı. Mən hazırda da Xəzər televiziyasının əməkdaşıyam. İslahat olunan veriliş də tərbiyəsiz müğənnilərin qurbanı oldu".