19 Mart 2020 13:44
1 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, müğənni "Shou-News" verilişində kaprizli olması haqqında deyilən sözlərə münasibət bildirib: "Bəlkə mən dəliyəm, başım işləmir?.. Bəlkə etdiyim hərəkətə görə çox peşmanam. Nə olar sən səhv etmə, peşman olma! Mütləq mənim kimi olmalısan?

Deyəcəksiz ki, Xatirə xanım dillidir. Guya siz dilli deyilsiniz? Sən ağıllı qız ol. Mən kaprizli insan deyiləm. Sadəcə düzlüyü sevən insanam, yalanı sevmirəm. İstəmirəm kimsə məndən istifadə etsin, obrazda olum və s. İstəsəm də bunu alındıra bilmirəm. Əgər mənim dilimi, damarımı tutdunsa dünyada məndən rahat insan yoxdur.

Kinli insan deyiləm. Amma onu heç vaxt bağışlaya bilmərəm".

Müğənni dərd ortaqlarının həmkarları olduğunu da açıqlayıb: "Röya Ayxanla hansısa sirrimi bölüşəndə heç vaxt fikirləşmirəm ki, deyim-deməyim. Anama, bacıma dediyim kimi.

İnstaqramda az adam izləyirəm, Vasif Məhərrəmli, Ədalət Şükürov, Röya Ayxan və Abbas Bağırov. Onlar evimin içidir, ailəmin üzvü kimidirlər".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər