27 Mart 2020 17:00
6 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Koronavirusla çox ciddi mübarizə aparıram".

Bu sözləri Teleqraf.com-a özəl açıqlamasında Xalq artisti Aygün Kazımova deyib.

Sənətçi gigiyena qaydalarından və karantin dövründə vaxtını necə keçirməsindən danışıb:

"Əllərimi tez-tez yuyuram, spirt vururam. Çəkillişdən evə gələn zaman iş paltarım dəhlizdə qalır, duş alıram. Paltarlarım təmizləndikdən sonra evə gətirilir. Və insanlarla ünsiyyət zamanı bir metr aralı dururam, öpüşmürəm, görüşmürəm. Harasa çıxan zaman əlimdə əlcək olur".

Xalq artisti bildirib ki, vaxtının çoxunu evdə keçirir:

"Sevdiyim kitabları oxuyuram. Nəhayət ki, evdə istədiyim qədər vaxtım var və ondan da çox gözəl istifadə edirəm. Ailəmlə vaxt keçirirəm. Bununla yanaşı evdə idmanla məşğul oluram, rəqs edirəm, musiqi bəstələyirəm, mahnılarımı məşq edirəm. Bu kimi müsbət, gözəl işlərlə məşğul oluram. Verilişlərə baxıram, internetdən maraqlı məlumatlar alıram. Evdə vaxtımı belə keçirirəm..Əzizlərim, hər birinizə evdə qalmağı və özünüzü qorumağı məsləhət görürəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər