Türkiyədə ağır boyun əməliyyatı keçirən xalq artisti Rasim Baleyev koronavirusa görə müalicəsinə ara verib.
Axsayaraq hərəkət etdiyini deyən xalq artisti Teleqraf.com-a açıqlamasında səhhətinin normal olduğunu deyib:
"Yaxın zamanlarda Türkiyədə boynumdan əməliyyat keçirdim. Qollarımda zəiflik əmələ gəlib.
Bakıda xəstəxanada müalicəm davam etdirilirdi, koronavirusa görə evdə oturmağım məsləhət görüldü.
On beş dəfə fizioterapiyaya getməli idim, 5 dəfə getdim. Tok verirdilər və mənə çox yaxşı təsir edirdi.
Ev şəraitində müalicəmə davam edirəm. Boynumda bəzi damarlar kəsilib Çox ağır əməliyyat keçirdim. Amma hiss edirəm ki, hətəkətimdə dəyişilik var. Əvvəl axsaya-axsaya gəzirdim.
Türkiyədə Heydət Əliyev Fondunun dəstəyi ilə əməliyyat edildim. Çox sağ olsunlar".