3 Aprel 2020 11:18
2 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktrisa Pərvin Abıyeva prodüser Tarix (Tolik) Əliyevin yutubda yayımlanan "Tolik ilə səmimi" verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, Pərvin Abıyeva keçmiş sevgilisi Murad Abdullayevin qardaşı Cavid Abdullayevin ölümündən danışıb: "Mənim adımı mətbuatda bu məsələdə hallandıranda çox pis oldum. O ailənin yarası var. Bu hadisədə heç birimizi polisə çağırmadılar. Bu, qismət idi. Çox gənc idi, olmamalı idi... Hələ də heç birimiz özümüzə gələ bilməmişik. Ekpertizanın rəyi oldu. Bu, bədbəxt bir hadisə idi".

Pərvin Abıyeva sevgilisi Murad Abdullayevdən ayrıldığını da bildirib: "Bu haqda danışmaq istəmirəm, pis oluram.
Həyatımda heç kim yoxdur və uzun bir müddət də olmayacaq. 2020-ci il daxil olandan bədbəxtliklər dayanmır. Avstraliyadakı meşə yanğını, koronavirus... Ölüm hadisələri çox oldu.

O hadisədə məni çox adam dedi ki, uğursuzdur. Bu qədər hadisənin də mənimlə əlaqəsi var? Belə çıxır ki, mənim dünyaya gəlməyim uğursuzdur? Həmişə yüz qızın içindən gözə batıram. Qapalı da geyinsəm, açıq da. Ya tənqid, ya da təhqir olunuram. Məni ailəm çox gözəl tanıyır. Heç vaxt məhdudiyyət qoymurlar".

Aktrisa İnsaqramdan əldə etdiyi gəlirdən də danışıb: "Son vaxtlar filmlərə çəkilmirəm. İnstaqramda reklam edib, pulumu qazanıram. Açılışlara 5 min manata gedirəm. İnstaqramda isə lentada 2 minə, hekayədə isə 500 manata paylaşım edirəm".

Aktrisa "Kişi məclislərinə gedərsənmi?" sualına isə belə cavab verib: "Kişi məclislərinə dəvət olub. Hansısa rayonun məmuru zəng edib ki, oğlum sənin fanatındır. İstəyir ki, onun ad günündə iştirak edəsən. Gəl bizim məclisdə otur. Sənə istədiyin qədər pul verəcəm. Təbii ki, qəbul etməmişəm".

Aktrisa məmur oğlu ilə sevgili olmasına da aydınlıq gətirib: "Hansısa İcra başçısının oğlu sevgilim olsaydı deyərdim. O məmur övladının atasının adını çəkməyəcəm ki. Kaş ki olsa... Hanısa bir məmur övladı məni maliyyələşdirsin, pul buraxsın, xeyr. Müğənniyəm ki, mənim sponsorum olsun?"

O, Tolikin "Pərvin Abıyeva bahalı qadındır?" sualına isə "Məni əldə etmək üçün pula ehtiyac yoxdur. Əsas qayğı və sevgidir. Münasibət yaşadığım insandan heç vaxt pul götürməmişəm. Ac qalaram, heç bir kişidən pul istəmərəm. Onu özümə acizlik bilirəm. Mənə "Maşın" şoudan sonra zəng edib, avtomobil hədiyyə etmək istəyiblər. Amma qəbul etməmişəm. Bir dövlət məmurunun adından zəng etmişdilər ki, heç bir qarşılıq gözləmədən sizə avtomobil hədiyyə etmək istəyirik.

Onda da mənim münasibətim var idi. Zəng edilən zaman yanımda idi..."


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər