30 Sentyabr 2014 15:58
1 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün BMM -də müğənni Xumar Qədimovanın mahnısının təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, Xumar Qədimovanın "Bir də gəlməyəcək mənim tək qadın" adlı mahsınının təqdimat mərasimi keçirilib.

Mahnının musiqi ifaçıya, sözləri Rəşad Məcidə məxsusdur. Təqdimatda jurnalistlərlə bərabər millət vəkili Aqil Abbas və Jalə Əliyeva da iştirak edib.

İfaçı təqdimat haqqında da fikirlərini bildirib: "Mən həmişə təqdimat mərasimlərinin əleyhinə olmuşam. Bilirəm ki, yaxşı mahnı, şeir, musiqi özü təqdim edir. Bu mahnının təqdimatının əsas səbəbkarı Rəşad müəllimdir. İnşallah, Rəşad müəllimlə daha bir layihəmizi də təqdim edəcəyik"

Rüstəm


Müəllif:

Oxşar xəbərlər