Koronavirusa görə maddi çətinlik yaşayan Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç vəsiyyətini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, pandemiyaya görə konsertləri ləğv edilən və kredit borcunu ödəyə bilməyən Sərdar Ortaç 30 milyon TL dəyərindəki evini işçilərinə verəcəyini açıqlayıb:
"30 ildir ki, səhnədəyəm, amma yatırım etməmişəm. Keçmişdə xəyal edilə bilməyəcək dərəcədə sərvətim vardı.
Beş milyon TL kredit götürmüşəm. Hər ay 118 min TL ödəyirəm. Onunla heç nə bitmir. Aylıq 400-500 min xərcliyim var. Keçmiş həyat yoldaşım Xloe Loqnana alimenti ödəyə bilmirəm".