30 Sentyabr 2014 20:16
2 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözlər kişilərə təsir etməkdə böyük rol oyanyır. Cazibədar göz makiyajı ilə istənilən qadın bəyəndiyi kişini əldə edə bilər. Tabloid.az gözləri böyük və mənalı göstərən makiyaj texnikalarını təqdim edir:

Gözlərinizə istədiyiniz görünüşü verin

İstənilən illüziya təsirini yaratmaq üçün açıq və tünd rəngli çalarlardan bəhrələnərək göz makiyajınızı tamamlayın. Açıq tonlardan istifadə edən zaman gözlərin daha böyük görünməsini təmin olunur, tünd tonları istifadə edəndə isə gözlərin kiçik və bir-birindən uzaq məsafədə görünməsini təmin etmək mümkündür. Rənglərlə oynayın, nəticəyə siz də inanmayacaqsınız...

Bir-birinə uzaq gözləri yaxınlaşdırmaq üçün

Üst göz qapağının yarısınadək tünd tonları çəkin. Göz qapağının iç hissəsində tünd tonları seçin və buruna qədər hissədə daha bir tünd tonla qarışdırın. Daxili hissələrə daha tünd və qalın bir göz qələmi tətbiq edərək təsiri artırın.

Bir-birinə yaxın gözləri uzaqlaşdırmaq üçün

Açıq rəng göz qələmi ilə gözün iç küncünə parıltılı görünüş verin. Açıq rəngdə korrektor və ya parlaqlıq verən göz kölgəsi də istifadə edə bilərsiniz. Bu üsul, eyni zamanda günə parlaq və parıltılı görünüşlə başlamağınız üçün ən gözəl üsuldur.

Gözlərinizi böyük göstərmək üçün

Gözlərinizin ağlığını ortaya çıxarın. Gözlərin gözəlliyini aşkara çıxarmaq üçün üst kirpik dibinə incə bir xətt çəkin. Çox açıq tonda göz kölgəsini göz qapaqlarının altına aparın. Beləliklə, gözlərin parlaqlığını artıra bilərsiniz. Baxışlarınızı vurğulamaq üçün kirpikləri burub tuş çəkməyi unutmayın.


Müəllif:

Oxşar xəbərlər