Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, “Bu zamandan sonra” adlı mahnının müəllifi Zülfi Bədəlov, arajemanı isə Elvin Musayevindir.
İfaçı yeni klipinin rejissor işini Dele Orucluya həvalə edib. Rəngarəng görüntülərin yer aldığı ekran işində Günay İbrahimli izləyiciləri qarşısına bir neçə obrazda çıxıb.
Karantin günlərində insanları pozitivə yükləmək istədiyini bildirən Günay İbrahimli yeniliyi haqda bunları deyib:
“Mahnıdan bir hissəni İnstaqramda paylaşmışdım. Gələn reaksiyalardan çox bəyənildiyini anladım. Bundan başqa, havalar istiyə doğru gedir. Həm də ölkə ərazisində koronavirusla bağlı karantin rejimidir. Ona görə də düşündüm ki, məhz rəngarəng klip və ritmik mahnı ilə #evdəqal mesajına dəstək olan hər kəsi pozitiv əhval-ruhiyyəyə yükləyim”.