Türkiyənin 74 yaşlı müğənnisi Ajda Pekkan etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Ajda Pekkan skayp vasitəsilə "2 sayfa" verilişinə canlı bağlanıb.
Şəxsi həyatı haqqında danışan Ajda Pekkan altı dəfə abort elətdirdiyini deyib: "Uşaqları çox sevirəm, amma sənətdə qalmaq üçün uşaq dünyaya gətirməyə cəsarət etmədim. Altı dəfə hamilə qaldım. Pişiklərdə təsəlli tapdım. Öz həyatımı çox çətin idarə edə bildim".