6 May 2020 16:26
2 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Gülüstan Əliyeva qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, Gülüstan Əliyeva "Şou-Nyus" verilişində ona atmaca atan həmkarlarından danışıb:

"Əvvəllər çox əsəbləşirdim, indi boş verirəm. Əslində, reaksiya vermək qarşı tərəf üçün şərəf olur, önəmsəyir, mən kiməm ki, belə şey baş verir və sair kimi düşünməyə başlayır. Tanınmışlardan istifadə edərək özlərini gündəmə gətirirlər. Mənə qarşı da belə münasibət olub, amma ad çəkib, onları gündəmə gətirmək istəmirəm. Onlara böyük bir reklam olar. Sözü deyirsən, yiyəsi götürür.

Onlar məni zəif bilsəydilər, adımdan istifadə etməzdilər. Deməli, sən daha güclüsən ki, adından istifadə edirlər".

Gülüstan Əliyeva sənəti, səsi olmayan müğənniləri məsxərə qoyub: "Bu gün cangüdənlə gəzən "müğənnicik"ləri adam yerinə də sayan yoxdur. Aradan cəmi beş-altı il keçib. Ona görə bu sahədə sənətinlə qalmalısan, sevilməlisən. Sənətə gələn insanlar bahalı avtomobil, cangüdənlə gəlməməlidir.

Yazıqlar neynəsinlər? Bir ay efirə çıxmasalar, yaddan çıxıb, unudulub gedəcəklər. Ona görə də nəyləsə gündəmi tutmağa çalışırlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər