19 May 2020 14:24
2 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Manaf Ağayev Teleqraf.com-un qısa suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Manaf bəy, smslə çölə çıxmaq ləğv edilib. İlk olaraq nə etdiniz?

- Bacımgilə getdim, yaxınlarımla görüşdüm. Çəkilişlərə də gedirəm. Dostlarımla görüşəcəm, görmədiyim tanışlarım var.

- Karantin rejimində evdə darıxırdınız?

- Bağda idim, təbii ki, darıxırdım. Toy yox, iş yox... Bağda bir az işlədim.

- Bəzi müğənnilər karantin rejimi bitəndən sonra toy qiymətini qaldıracaqlarlarını deyiblər. Siz necə düşünürsünüz?

- Xeyr, mən elə düşünmürəm. Camaatın vəziyyəti yaxşı deyil. Toy pulunu qaldırmayacam. Heç kim işləmir. Bundan sonra da Allah saxlasın.

- Toylar yoxdur, işləmirsiniz. Maddi cəhətdən ailənizi nə ilə təmin edirsiniz? Biznesiniz varmı?

- Biznesim yoxdur. Toydan başqa gəlir sahəm də yoxdur. .


- Yaxın günlərdə iftar süfrəsi açaraq karantin qaydalarını pozduğunuza görə tənqid edildiniz...

- Karantin qaydalarını pozmamışdım. Evimdə iftar süfrəsi açmışdım... On nəfərə icazə vardı. Yəni nə qədər adama icazə vardı, o qədər də qonaq dəvət etmişdim.

- Müğənni Rəqsanə İsmayılova dedi ki, artıq insanlara kömək etmək üçün pulu qurtarıb. Sizdə vəziyyət necədi? Qohumlarınıza yardım etməyə davam edirsiniz?

- Gücümüz çatan qədər kömək elədik. Həmişə kömək etmək olmur ki. Nəyə gücümüz çatdı, elədik, halal xoşları olsun. Artıq kömək etməyi dayandırmışam.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər