Rəqqasə Fatimə Fətəliyeva "Bizimləsən" verilişinə qonaq olub.
Teleqraf.com xəbər verir ki, verilişdə aparıcı Zaur Baxşəliyev Fatimə Fətəliyevanın Tibb Universitetində təhsil almasına inanmadığını deyib.
Rəqqasə isə studiyaya Tibb Universitetində çəkilən fotosunu göndərən anasına təşəkkür edib:
"Mama, çox sağ ol, yaxşı ki, şəklimi tapıb göndərdin. Tələbə yoldaşlarım həkimdirlər. Mən çox yaxşı kosmetoloq ola bilərdim. Tibb Universitetində təhsil alanda həm də gözəllik salonunda kosmetoloq kimi fəaliyyət göstərirdim. Xalq artisti Mələkxanım Əyyubova ilk müştərim olub. Gözəllik salonuna gəlirdi və deyirdi ki, Fatimənin elə gözəl əlləri var, mənə massaj edir, yatıram. O zaman 19 yaşım vardı.
17 yaşımda ailə qurmuşam, 19 yaşımda artıq işləyirdim. O vaxt Tibb Universitetində pullu fakültədə təhsil alırdım, həm də kosmetologiya üçün lazım olan komponentlər almağa çoxlu pul lazım idi. Deyəcəklər ki, Fatimə yenə ağlamağa başladı, amma ağlamıram.
"Qara zolağ"a düşdüm, Tibb Universitetindən və kosmetologiyadan uzaqlaşdım. Həyat yoldaşımdan ayılmışdım, bir uşağım var idi. Allah üzümə başqa qapı açdı".