1 İyun 2020 15:50
3 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Acınacaqlı vəziyyətdə yaşayan müğənni Nurlan Əzizbəyli haqqında yeni iddia ortaya atılıb.

Teleqraf.com xəbər verir ki, Ofeliya Kərimova adlı xanım "Elgizlə izlə" verilişində Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin Əzizbəylinin ona 30 min pul atdığını deyib:

"Mən o xanıma inandım, onun adı Nərmin yox, Afaqdır. Məni aldatdı. Onların Nizami metrosu yaxınlığında anasından qalma bir otaqlı evləri var. 2014-cü ildən danışıram. Uşaqlarımız bir məktəbdə oxuyurlar. Bu qadın həmin evi mənə göstərdi, bilirdi ki, 30 min manatım var. Ağladı ki, başqa yerdən ev alma, anamdan qalan ev var, gedək göstərim.

Evə baxdım və razılaşdım. Banka getdik, pulumu çəkdirdi və məni aldatdı. Pulları aldı və dedi ki, evin sənədləri yoxdur. Sənət düzəltdirirəm. Dəfələrlə məhkəmələrdə olmuşuq. Məhkəmə mənim xeyrimə qərar çıxardı. Hazırda iş icradadır".

Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin Əzizbəyli isə canlı efirə zəng edib: "Ofeliya xanımı tanıyıram. Bizim övladlarımızı bir məktəbdə oxuyurlar. Nurlan Əzizbəylinin bu məsələdən xəbəri yoxdur. O, 30 mini bütöv verməyib, az-az verib. Ona üç il ərzində hər ay 200 manat qaytarmışam. O pulu ondan alanda notarius yox idi. Bir il sonra o xanıma dedim ki, siz aldatmıram, evimiz sökülsün, pulunuzu qaytaracam. Ondan sonra dedi ki, mən notariusa qol çəkmirəm ki, mənə hər ay 200 manat ödəmisiz.

Mən Ofeliya xanıma borcum olduğunu danmıram. Mən bu ayın axırına 30 minini qaytaracam. Evimiz pis vəziyyətdədir, söküntüdədir. Təzyiqim yüksəkdir və sabah xəstəxanaya yerləşdiriləcəm. Üç dəfə ağır əməliyyat keçirmişəm. Ona hər ay 200 manat ödəmişəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər