Müğənni Gülay Zeynallı "Ona qalsa" verilişinə qonaq olub.
Teleqraf.com xəbər verir ki, Gülay Zeynallı aparıcının "İmkanınız olsaydı həyatınızda nələri dəyişmək istərdiniz?" sualına belə cavab verib:
"Həyatımda heç nəyi dəyişmək istəməzdim. Çünki qismətlə razılaşan insanam. Ümumiyyətlə, elə insan var ki, bir hadisəni yaşayır, səhərdən axşama qədər göz yaşı axıdır.
Soyuqqanlı insan deyiləm, amma qismətimlə hər zaman razılaşıram. Bir sözüm odur ki, "buna da şükür". Belə qismətdir. Allah hər kəsə can sağlığı versin.
Hətta kimsə rəhmətə gedəndə də deyirəm ki, Allahın qismətidir".
Qeyd edək ki, Gülay Zeynallı idmançı Kamil Zeynallı ilə evlidir. Cütlüyün Sahilə adlı qızı var.