10 İyun 2020 16:40
2 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, aparıcı Nərgiz Cəlilova bu gün 60 yaşını qeyd edir.

Teleqraf.com xəbər verir ki, Nərgiz Cəlilova "Asan Radio"da Emin Musəvinin qonağı olub.

O, televiziya sahəsinə gəlməsindən danışıb: "Azərbaycan Dövlət Neft Akademiyasını bitirdim, sonra müsabiqəyə qatıldım. Bir neçə mərhələdən keçdim. Komissiyanın üzvləri arasında xalq artisti Rafiq Hüseynov da var idi. Mənə elə gəlir ki, Rafiq Hüseynov olmasaydı, mən də olmazdım".

Aparıcı Rafiq Hüseynovun lent yazısını dinləyərkən kövrək anlar yaşayıb: "İllər ötdükcə o, ailəvi can dostuma çevrildi. Qızı Leyli dünyaya gələndə ilk mənə zəng elədi və dedi ki, Nara, birinci sənə zəng edirəm, xala olmusan. O, mənim can dostum idi, baxmayaraq ki, yaş fərqimiz var idi, ustadım idi. Ona görə onun səsini eşidəndə çox kövrəlirəm. Ruhu şad olsun".

Yaxın günlərdə AzTV-də aparıcıların bədii rəhbəri təyin edilən Nərgiz Cəlilova televiziyaların fəaliyyətindən də danışıb:

"Çox istedadlı uşaqlar var ki, televiziyaya gəlmirlər. Bu, son zamanlar televiziyanın nüfuzunun aşağı düşməsi ilə bağlıdır. Bu sahədə yavaş-yavaş dirçəlmə gedir. Məvacibsə aşağıdır. Biz bu işin fədaisiyik, baxmırıq ki, televiziyada maaşımız azdır, yoxsa çoxdur. Şikayət etməyə lüzum yoxdur. Tədbirlərə gedirik. Bir televiziyaçı kimi istəyirəm ki, kanallarımızın səviyyəsi yaxşı olsun. Rəqabət olanda peşəkarlıq da artır. Düşünürəm ki, hər şey getdikcə yaxşlığa doğru dəyişəcək".

Nərgiz Cəlilova qızının ABŞ-da yaşadığını və hələ ki nənə olmadığını da açıqlayıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər