13 İyun 2020 12:30
8 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elnarə Abdullayeva "Zaurla günaydın" verilişində qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Elnarə Abdullayeva polisə müraciət etdiyini deyib: "Mən heç kimlə işim olan adam deyiləm. Çox qəribə insanlar var, ya musiqiçilər, ya ifaçılar olsun. Yaxın günlərdə bir musiqiçini 102-yə zəng edib, şikayət etdim. Heç vaxt belə etməmişəm. Deyəsən, nağara çalandır.

Həmin şəxs İnstaqramda məni tərifləyən insanlara yazıb ki, bunun nəyini tərifləyirsiniz? Mənə söyüş yazıb.
Mən çox musiqiçiləri tanımıram, toylara tək gedirdim. Ümumiyyətlə, restoranda oxuyan olmamışam. Həyatımda səhv etməmişəm, nə sən, nə də mən səni tanıyıram. Səni bir dəfə də olsa toya aparmamışam. Ümumiyyətlə, mənimlə toya gedənlər bilir ki, musiqiçilərə çox dəyər verirəm".

Elnarə Abdullayeva "Oğluma müğənni qız almaram" fikrinə münasibət bildirən həmkarı Mətanət İsgəndərlinin ünvanına xoşagəlməz sözlər deyib: "Bu sözləri on il əvvəl demişəm. Çətin sənətdir, gəlinimin də əziyyət çəkməsini istəmirəm. Bilirlər ki, bu fikir mənə aiddir. İçləri o qədər qurdludur ki...Onu başqa cür qəbul edirlər. Mən hansınınsa bostanına daş atmıram ki. Axı, siz çox istəyirəm. Elə edəcəksiniz ki, mən valı başqa cür çevirəcəm. Bu fikrimə görə sənət dostlarımdan mənə cavab vermək istəyən varsa, canlı efirə qoşulsun.

Bu söhbət bitsin. Bilirsiniz ki, bu sözü mən demişəm. Ərin ərim deyil, uşağın uşağım deyil. Mənim səninlə nə işim var? Bilirlər ki, bu fikir mənə məxsusdur. Sözünüz varsa, zəng edin. Başından böyük nə iə deyibsə, qarşısında məni görər. Təhqirə keçməyin. Mən övadlarıma da başa salıram ki, hər bir qadın ananız, hər ata atanızdır. Azərbaycanın kişisinə də, qadınına da hörmət edirəm. Sənə sual verəndə deyin ki, hərənin öz işidir".

Daha sonra veriliş boyu Mətanət İsgəndərli ilə əlaqə saxlamağa çalışsalar da, müğənni telefon zənglərinə cavab verməyib. Bu isə Elnarə Abdullayevanı özündən çıxarıb:

"Sizin nə işiniz var ki, telefonu götürmürsünüz? Telefonu özüm götürürəm. Xalqı tanımaq lazımdır. Mənə deyirlər ki, telefonu niyə götürürsən?".

Qeyd edək ki, Mətanət İsgəndərli bir müddət əvvəl isə bu sözləri demişdi: "O Elnarənin şəxsi fikridi, mən alçaldaraq deməyi qəbul etmirəm. Heç kimi pisləyib, gözdən salmaq olmaz. O da bir ailənin övladıdır, onu da bir ana dünyaya gətirib. İnsanın tərbiyəsi, əxlaqı özündən asılıdır. Əgər pisdirsə, o zaman niyə bu sənətə gəlmisən?”


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər