İkinci dəfə ata olan tanınmış aparıcı Azər İsmayılov (Zahid) qızının görüntülərini sosial şəbəkədə paylaşıb.
Teleqraf.com xəbər verir ki, o, xəstəxanadan çıxarkən çəkilən videonu İnstaqramda yayıb:
"Dilək qızımın bacısı Aycan! Qızım, adınla böyüyüb, ölkənə, məmləkətinə layiqli övlad olasan. Allah körpə həsrətində olanlara övlad nəsib etsin".
Qeyd edək ki, Azər Zahid üçüncü dəfə evlənib. O, aparıcı Vüsalə Əlizadə və Nəcibə adlı xanımla ailəli olub.
Onun Vüsalə Əlizadə ilə nikahından Dilək adlı qızı var.