22 İyun 2020 16:13
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Kamilə Babayeva "Söhbət var" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Kamilə Babayeva aparıcının "Böyük miqdarda borcu qaytarandan sonra adam özünü necə hiss edir?" sualına belə cavab verib:

"Yəqin ki, kökəlir. Heç vaxt heç kimdən borc pul almamışam. Mən qədimi adamam, banklarda da pulum yoxdur. Bankdan pul götürürsən, kimsə sənə zamin durmalıdır və s. Sonra sən zamin duran şəxsdən qaçırsan.
Çox yaxın bir adamın başına gəlib.

Ondan zamin durmağı xahiş ediblər. Səhər telefonu söndürüb. Deyirəm ki, əvvəldən deyərdin ki, zamin durmuram. Mənim yaxın ətrafım çox balacadır və onlara da deyirəm ki, məndən banka zamin durmağımı istəməyin. Mən heç vaxt heç kimə zamin durmuram. Xarakterimi də bildikləri üçün mənə müraciət etmirlər".

Qeyd edək ki, Kamilə Babayeva iş adaçı İbrahim Rzabəyovla evlidir. Cüylüyün bir qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər