24 İyun 2020 17:37
3 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri “MTV Azərbaycan” telekanalında yayımlanan “Ulduzun vaxtı” verilişində qonaq olub.

Teleqraf. com xəbər verir ki, müğənni aparıcının "Özünüzü nə vaxt qadın kimi hiss etmisiniz?" sualına belə cavab verib:

"Mən qadın kimi özümü 19 yaşımda tapmışam, ana olanda. Məndə ana instinkti o qədər güclü idi və inkişaf etmişdi ki, xəstəxanada həkim dedi, bu yaşda sənin kimi analıq hissi olan ikinci valideyn görməmişəm. Bəzi şeylər var idi ki, analarda o qədər də qabarıq deyildi. Özümü bir qadın olaraq ilk dəfə ana kimi tanımışam.

Ola bilsin, yaxşı həyat yoldaşı ola bilməmişəm. Və heç vaxt da yaxşı məşuqə ola bilmərəm. Çünki xarakerim elədir ki, birinci olmalıyam. Yəni ki, həyat yoldaşı olmalıyam, məşuqə yox.

Xarakterim şəxsi həyatımı qurmağa mane olur. Bəlkə də həyat yoldaşlarıma güzəştə getsəydim, nələrisə görməzdən gəlsəydim həyatım dağılmazdı. Həyatımda baş verənləri öz-özlüyümdə analiz edirəm. Mən qadınlığımı analığım ilə hiss etmişəm, başqa heç nə ilə".

"Sizə nə həyat təcrübəsi qazandırıb?" sualına Nura Suri: "Həyatda aldığım hər zərbə məktəb olub. Əvvəl onu pis keçirirdim, indi onu aldığım zərbələri ürəyimə salmıram, fikir eləmirəm"- deyə cavab verib.

"İnsan öz-özünə xəyanət edir?" sualına isə müğənninin cavabı təəccüb doğurub: "Vaxt var idi həyat yoldaşımla bir-birimizi sevirdik. Deyirdik ki, ayrı yaşaya bilmərik. Amma bu gün ölsə, heç ürəyim də ağrımaz. O da eynilə mənim haqqımda belə düşünür. Bu insanın özü-özünə xəyanətidir. Hər şey müvəqqətidir - sevgi, hörmət, ehtiras".

Qeyd edək ki, həyat yoldaşından boşanan Nura Suri üç oğul anasıdır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər