Əməkdar artist Almaz Ələsgərli "7 canlı" verilişində qızlarından danışıb.
Teleqraf.com xəbər verir ki, Almaz Ələsgərli kiçik qızı Əminənin İsveçdə qaldığını deyib:
"Qızım Mədinə İsveçdə yaşayır. Yaxın günlərdə ana oldu. Üç nəvəm var. Əminə İsveçə bacısına kömək etməyə getmişdi. Dörd aydır ki, orada qalıb, qayıda bilmir".
Qeyd edək ki, Əməkdar artistin qızı Mədinənin ikinci dəfə ailə qurub. Almaz Ələsgərli qızının ikinci dəfə ailə qurduğunu mediadan gizli saxlayıb. Müğənninin kiçik qızı isə Əminə Bakıda anası ilə yaşayır.