30 İyun 2020 17:47
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı tanınmış müğənni Anita Soy koronavirusa yoluxub.

Teleqraf. com xəbər verir ki, Anita Moskvada xəstəxanalardan birində COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu haqda müğənninin mətbuat mətbuat katibi Anna Krujel məlumat yayıb.

O deyib ki, pandemiyanın ilk günlərindən Anita Soy özünü təcrid edib və bütün tədbirləri görüb. Buna baxmayaraq müğənninin infeksiyaya harada yoluxduğu bilinmir.

Qeyd edək ki, Anita Soy ölkəmizdə baş tutan "Jara" musiqi festivalında iştirak edib.


Müəllif: Rəqsanə Həsənova