Məşhur aktrisa Ceniffer Lourens mətbuatda yayılan fotoları ilə bağlı açıqlama verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, iCloud skandalının ilk qurbanı olan Ceniffer Lourens şəkilləri münasibətdə olduğu sevgilisi üçün çəkdiyini söyləyib.
“Vanity Fair” jurnalına danışan 24 yaşlı ulduz, aktyor Nikolas Hault ilə olan əlaqəsini xatırladıb: "Dörd il boyunca biri-birimizi sevirdik, sağlam və gözəl bir münasibətimiz vardı və bir-birimizdən uzaqda qalırdıq. Bu mənim bədənimdir və qərarı da özüm verirəm. Belə bir dünyada yaşadığımıza bəzən inana bilmirəm. Sevgilinizin porno izləməsi yaxşıdır, yoxsa sizin çılpaq fotolarınıza baxması?"
Aktrisa şəkilləri yayımlayan internet saytlarına da sərt reaksiya verib :
"Biri seksual mənada təcavüzə məruz qaldıqda ya da zorakılıq gördüyündə bəzilərinin ağlından ilk keçən bundan mənfəət əldə etmək olur. Bu fotolar mənə aiddir. İnsanların bu hərəkətinə inana bilmirəm. İnsanların bu qədər düşüncəsiz və boş olduğuna inana bilmirəm" söyləyib.
Rüstəm