Müğənni Sevil və Sevinc Səfərova bacıları "Söhbətsiz" verilişində qonaq olublar.
Teleqraf.com xəbər verir ki, Sevinc Səfərova aparıcının "Röya Ayxan kimi fotosessiya edərsiniz" sualına belə cavab verib: "Biz elə geyimdə fotosessiya etmərik. Hərənin öz ailə tərbiyəsi, qadağası var. Amma heç vaxt pis baxmamışam. Geyinən və yaraşan insanları da alqışlayıram. Deyirlər ki, bu sənət açıqlığı sevir, mən bununla razı deyiləm. İnsan qapalı geyinə, amma çox zövqlü görünə bilər. Məsələn, Zülfiyyə Xanbabayeva. Bizdə açıq-saçıqlıq yoxdur. Müğənniyəm və bunu etməliyəm kimi fikir də yoxdur. Müğənni özünü səhnədə açıq qoymamalıdır".
Əkiz bacılar Xəzər televiziyasında yayımlanan, aparıcılıq etdikləri "Hər şey daxil" verilişindən getməsinin səbəbini də ilk dəfə açıqlayıblar.
Sevinc Səfərova bu sözləri deyib:
"Verilişi Tarix(Tolik) Əliyev ilə aparmağı biz təklif eləmişdik. Sonra özümüz getdik və bizi heç kəs işdən çıxarmayıb. Və problem də Tolikdə olmayıb. Sadəcə biz Moskvada tez-tez toylarda olurduq. O zaman da canlı efirlərə görə problem idi. Ona görə düşündük ki, verilişi etibarlı bir ələ verək".
Sevinc Səfərova əkizi Sevilin iş adamı ilə nişanlanmasına və nişan üzüyü taxmasına da münasibət bildirib:
"O, üzüyü mən də taxırdım. Üzük bizə anamızın hədiyyəsidir. Bahalı olduğuna görə bir üzük alıb. Biz heç vaxt şəxsi həyatla gündəmə gəlməmişik. Biz də xanımıq, bizim də şəxsi həyatımız bir çox insanlara maraqlı ola bilər. Sadəcə şəxsi həyatla bağlı nə keçmişdə, nə indi, nə də gələcəkdə heç bir zaman açıqlama verməyəcəyik. Təmtəraqlı toy fikirləşmirəm. Çünki ailəmin müzakirə olunmasını mənim üçün xoş deyil. Mən məşhuram, ailəm yox. Özümə aid olan ailəni heç zaman sosial şəbəkədə paylaşmayacam. Ailə quranda mətbuat bilməyəcək. Şəxsi həyat adından da göründüyü kimi şəxsidir. Qarşı tərəf sosial şəbəkədə onunla şəkil paylaşmağı istəsə belə etmərəm. O, ağıllı olmalıdır".