11 İyul 2020 23:40
1 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun məşhur ulduzları Bred Pitt və Ancelina Colidən şad xəbər var.

Teleqraf.com xəbər verir ki, Bred Pitt ayrıldığı həyat yoldaşı Ancelina Colinin Los-Ancelesdəki malikanəsində görüntülənib.

İkiliyə yaxın qaynaqdan verilən məlumata görə, cütlük ailə terapiyasına getdikdən sonra münasibətləri normallaşıb.

Qeyd edək ki, Bred Pitt ilə Ancelina Coli 2016-cı ildə boşanmaq üçün məhkəyə müraciət ediblər. Və rəsmən 2019-cu ildə ayrılıblar. Cütlüyün altı övladı var.


Müəllif: Rəqsanə Həsənova