64 yaşlı Hollivud ulduzu Mel Gibsonun koronavirusa yoluxduğu ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, onun aprel ayında koronavirusa yoluxduğu və Los-Ancelesdə özəl xəstəxanaların birində gizli müalicə aldığı bildirilib.
Aktyor sağaldıqdan sonra virusa qarşı təkrar test elətdirib və nəticəsi neqativ çıxıb.