Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmiş əməkdar artist Bəhram Bağırzadə evə buraxılıb.
Xəstəxanadan Teleqraf.com-a daxil olan məlumata görə, Bəhram Bağırzadənin vəziyyəti stabildir: "Xəstə aktivdir, şikayəti yoxdur. Bu gün Mərkəzi Gömrük Hospitalının həkim konsiliumunun qərarı ilə Bəhram Bağırzadə bundan sonra həkim-infeksionistin ambulator nəzarəti altında olmaq şərtilə evə buraxılıb. Mərkəzi Gömrük Hospitalının kollektivi əməkdar artistə tezliklə tam sağalmağı arzulayır".
Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.