Məşhur türkiyəli müğənni Hülya Avşar keçmiş həyat yoldaşı Kaya Çilingiroğluna iş axtarır.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Hülya Avşar futbol şərhçiliyi edən keçmiş həyat yoldaşı Kaya Çilingiroğluna yardım əlini uzadıb. İddiaya görə, o, televiziya dünyasındaki tanışlarını səfərbər edib.
Müğənni bəzi şəxslərlə əlaqə saxlaya bilmədiyi üçün əsəbləşib. Onun TRT Xəbər Bölməsinin rəhbəri Nəsuhi Güngör ilə görüşmək cəhdləri də nəticəsiz qalıb.
Günahı Güngörün köməkçəsində görən Avşar, "seni işdən qovduraram" deyib.
Rüstəm