29 İyul 2020 14:17
4 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əslində sevindirici haldır ki, Sevinc Osmanqızı jurnalist olduğu halda mənim məntiqli cümlələrimə cavab tapmayıb. Bu qadın ən asan yolla, şər-böhtanla, qeybətlə mənə cavab verməyə məcbur olub. Sən demə, bu qadın ən adi, sıradan bir dedi-qoduçu imiş".

Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə Sevinc Osmanqızına cavab olaraq deyib.

Daha sonra o bildirib: “Sevinc Osmanqızı, mənim haçansa Hacı Məmmədovla (adam oğurluğu ilə məşğul olan və ömürlük həbsə məhkum olunan qatı cinayətkar nəzərdə tutulur. Həbsxanada ölən Hacı Məmmədovun cinayət işində onun müğənnilərlə əlaqələri üzə çıxmışdı-red.) hər hansı bir tanışlığım və münasibətim olubsa, Allah mənə lənət eləsin. Yalan uydurduğunuza görə Allah sizin kimi bəsit üsullara əl atan şər-böhtançılara lənət eləsin.

Səhifənizdə haqqımda paylaşdığınız statusunuz nə qədər tərbiyəsiz və əxlaqsız olduğunuzu ortaya qoydu. O insan (Hacı Məmmədov-red.) öz xalqının nümayəndələrini, qardaş və bacılarını qətlə yetirib, fiziki cəhətdən yox edirmiş. Siz də öz xalqınızın nümayəndələrinə mənəvi zərbələr vuraraq qətlə yetirirsiz. Bu baxımdan qatil Hacı Məmmədovla aranızda böyük bir fərq yoxdur.

Dedi-qodu, şər, cəfəngiyat baxımından da əlində mikrafon tuta bildiyi üçün adını müğənni qoyub, barəmdə dəxlisiz qeybət uydurub yayan bəsit qadınlardan heç bir fərqiniz yox imiş. Allah böyükdür, tək sizin yox, bütün şər-böhtan atanların cavabını tək əli ilə özü verəcək”.

Xalq artisti bildirib ki, öz içimizdə olanlarla birləşib həmvətənlərimizi vəhşi adlandırmaq, dünya ictimaiyyətinin dilinə düşürmək müqayisə edilməyəcək dərəcədə fərqli amillərdir: “Hətta Sevinc Osmanqızına qastrol səfərində tanımadığımız erməni əsilli vətəndaşın bizi "sıqan" adlandırdığını da yazdım, onunla dərdləşmək istədim. O cavabında nə yazdı? Artıq təəccüblənmirəm. Mən ona bayraqdan, şəhidimizin ayaq altına atılmış şəklindən yazdım.

O şəkli yerə atanları əllərimlə didərdim dedim. Bu situasiyada humanizmin yeri yoxdur deyə yazdım. Onun mənə nə yazdığını gördünüz.

Mən 32 ildir evli qadınam. Həmişə ermənilərin fəxr etdiyi Kim Kardaşyandan çox fərqli həyat tərzim olub. Həmişə də pianoda bir akkroduma dəyməyən, musiqidə ayağım biləni başları bilməyən "həmkarlarım" tərəfindən üzərimə şər-böhtan atılıb. Səbəbi aydındır.

Amma müxtəlif səbəblərdən onların ağzından alıb, təkrar babal yuyanlar mənə yox, özlərinə böyük günah qazanırlar. Mənim üçün heç nə dəyişmir. Onlar üçün cəhənnəmin qapıları açılır, özü də laybalay".

Brilliant Dadaşova adının və təvəllüdünün dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib: "Xarici pasportumun vaxtı keçdiyinə görə İstanbuldan Bakıya Türkiyə pasportumla qayıtmışdım. Sərhəddə məni saatlarla saxladılar, çünki Azərbaycanda ikili vətəndaşlığa icazə verilmir.

Mənim Türkiyə pasportum həmin qanun çıxmazdan öncə var idi, 1993-cü ildən. Adım türkcə Pırlanta yazıldığına, il və ay da yanlış göstərildiyinə görə saatlarla polis araşdırma apardı. Sənədlərə baxıldı, hər şey aydınlaşdı və pasport məsələsi qanuna uyğun şəkildə həll olundu”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər