11 Avqust 2020 15:59
6 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Cavanşir Məmmədovun şəhərin mərkəzində kürəkəninə ev bağışladığı haqda xəbər yayılıb.

Teleqraf.com xəbər verir ki, müğənninin kürəkəni Türkiyə vətəndaşı, aktyor Arif Selçuk yayılan xəbərlərin yalan olduğunu bildirib:

"Xəbər tamamilə yanlışdır. Cavanşir Məmmədov mənə heç bir ev bağışlamayıb. O mənzil onun qızına, yəni həyat yoldaşıma aiddir. Bu cür xəbərlərlə Azərbaycan gündəmində olmağı arzu etmirəm".

Qeyd edək ki, Cavanşir Məmmədov Xəzər TV-də yayımlanan "5/5" verilişində qonaq olan zaman “Qızım türk vətəndaşı ilə evləndi. Adını deyən deyiləm. Onlar Bakıda yaşayır. Kürəkənim burada işləmir. Amma ailəni özləri dolandırır. Qızıma “Torqovı”da bir ev almışam, kirayə verib, onun puluna dolanırlar. Çəkilişlər olanda da Türkiyəyə gedib-gəlirlər”-sözlərini deyib.


Müəllif: Rəqsanə Həsənova