29 Avqust 2020 12:59
6 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuatda prodüser Tarix Əliyev və aparıcı Zaur Kamalın Xəzər televiziyasından uzaqlaşdırıldığı məlumatı yayılıb. Onların Dalğa TV-də fəaliyyət göstərəcəkləri deyilir.

Tarix Əliyev Teleqraf.com-a açıqlamasında yayılan xəbərləri təkzib edib: "Mən Xəzər televiziyasında çalışıram və heç yerə getməmişəm. Hazırda da işə gedirəm, yoldayam. Verilşimin adı da həmişəki kimi "Hər şey daxil"dir. Başqa informasiya verə bilmərəm".

Aparıcı Zaur Kamal ilə əlaqə saxlamağa çalışsaq da telefon zənglərinə cavab verməyib.

Qeyd edək ki, Tarix Əliyev Xəzər TV-də "Hər şey daxil" verilişinin, Zaur Kamal ilə "5/5" və "Ay Zaur" verilişinin aparıcısı olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər